İran Niderlanda etiraz notası verib

Baş səhifə

Bakı. Trend:

İran niderlandlı diplomatın ölkəyə qadağan olunmuş vasitələri
gizli şəkildə gətirməyə cəhd etməsi ilə əlaqədar Niderlanda etiraz
notası verib.

Bu barədə Trend
İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, Niderlandın Tehrandakı səfiri Emil De Bont (Emiel
de Bont) İran Xarici İşlər Nazirliyinə dəvət olunub.




Görüş zamanı səfirə bildirilib ki, niderlandlı diplomatın
saxlanılmış yükü İran qanunlarına əsasən idxalı və istifadəsi
qadağandır. Sözügedən yük Vyana Konvensiyasının müddəalarına əsasən
saxlanılıb.

Niderland səfiri də İranın etirazını öz ölkəsinin hökumətinə tez
bir zamanda çatdıracağını bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir