5 il ərzində məxfi silahlar yaradacağıq – Kim Çen Inn

Baş səhifə

Bakı. Trend:

Qarşıdakı beş il ərzində Koreya Xalq Demokratik Respublikası
(KXDR) yeni məxfi silah növlərinin, o cümlədən anti-peyk
sistemlərinin yaradılması və tətbiqi üzərində işləyəcək.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə KXDR lideri Kim Çen Inn ölkənin
paytaxtında Koreya Əmək Partiyasının IX qurultayında çıxışı zamanı
bildirib.




“Yeni beşillik plan müddətində KXDR silahlı qüvvələrinin
hərbi-texniki gücünü dünyada ən yüksək səviyyəyə qaldırmaq
məqsədilə partiyanın Mərkəzi Hərbi Komissiyası ordumuzun
silahlanmasına yeni məxfi silahların, xüsusi strateji silahların
qəbul edilməsi üzrə ən mühüm vəzifələri irəli sürüb, müvafiq
sahələrdə hazırlanmış milli müdafiənin inkişafına dair yeni
planları ciddi şəkildə nəzərdən keçirib və perspektiv planları inam
və məsuliyyətlə təsdiqləyib”,- Kim Çen Inn qeyd edib.

O dəqiqləşdirib ki, bu planlara quru və sualtı bazalanmaya malik
qitələrarası ballistik raket kompleksləri, süni intellekt
texnologiyalı pilotsuz zərbəçi sistemlər, müharibə zamanı düşmən
dövlətlərin peyklərinə zərbə endirmək üçün xüsusi silahlar,
radioelektron mübarizə sistemləri və müasir kəşfiyyat peykləri
daxil ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir