AHİK-in bir neçə əməkdaşı işdən çıxarılıb?

Baş səhifə

Bakı. Trend:

Son günlər bəzi xəbər saytlarında Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasında (AHİK) bir neçə əməkdaşın işdən azad
olunması ilə bağlı həqiqətə uyğun olmayan və əsassız məlumatlar
yayılıb.

AHİK-dən Trend-ə verilən məlumata görə, fəaliyyətə və işgüzar
nüfuza xələl gətirən bu cür yanlış və ictimaiyyəti çaşdıran
məlumatların yayılması qəbuledilməzdir və jurnalistika etikasına
sığmır.




“Media subyektlərini dərc etməzdən əvvəl xəbəri rəsmi
mənbələrdən dəqiqləşdirməyə, peşə etikasına riayət etməyə və
qüvvədə olan media qanunvericiliyinin tələblərinə əməl etməyə
çağırırıq.

AHİK ilə bağlı bu yanlış və əsassız məlumatı yayımlayan media
orqanlarından təkzib vermələrini və gələcək fəaliyyətlərində daha
diqqətli olmalarını xahiş edirik”, – məlumatda bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir