4 kəndin işıqları sönməyəcək – 3 milyon ayrıldı

Baş səhifə

Ağdərənin dörd kəndi müasir işıqlandırma sistemi ilə təmin olunur.

Modern.az xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti rayonun dörd yaşayış məntəqəsində elektrik şəbəkəsinin tam yenidən qurulması üçün irimiqyaslı tender elan edib.

Layihə Ağdərə rayonunun Zəylik, Ballıqaya, Çardaqlı və Maqrelelay kəndlərini əhatə edəcək. Planlaşdırılan işlər çərçivəsində sözügedən yaşayış məntəqələrinin həm xarici, həm də daxili elektrik şəbəkələri ən müasir standartlara uyğunlaşdırılacaq.

Layihənin sərmayəsi 3.095.424,95 azn-dir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir