Külək güclənəcək – Narıncı xəbərdarlıq edildi

Baş səhifə

Bakı.Trend:

Milli Hidrometeorologiya Xidməti fevralın 27-28-də Bakıda və
Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli
hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, Bakıda və Abşeron yarımadasında, Ağdam, Kəlbəcər, Daşkəsən,
Gəncə, Goranboy, Tərtər, Bərdə, Mingəçevir, Sabirabad, Salyan,
Biləsuvar, Neftçala, Zəngilan, Hacıqabul, Cəlilabad, Qobustanda
narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin
sürəti 20.8-28.4 m/san-dək güclənəcək.




Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq
şərq küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil
edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir