İnsanlıqdan uzaq qətliamı heç vaxt unutmayacağıq – Ərdoğan

Baş səhifə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.

Modern.az xəbər verir ki, prezident bu barədə “X” sosial media hesabında yazıb.

“Xocalı qətliamının 34-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaş-bacılarımızı rəhmət və dərin hüznlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm.

Ağrısını hər zaman qəlbimizin ən dərinində hiss edəcəyimiz bu insanlıqdan uzaq qətliamı heç vaxt unutmayacağıq”, – paylaşımda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir