
Bakı. Trend:
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab
oyunlarından sonra həftənin ən yaxşı futbolçuları məlum olub.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Atletiko”nun hücumçusu Aleksandr
Sorlot səsvermədə bütün rəqiblərini qabaqlayaraq həftənin oyunçusu
seçilib.
Xatırladaq ki, norveçli forvard “Brügge” ilə matçda (4:1)
het-trik edərək komandasının 1/8 finala yüksəlməsində əsas pay
sahibi olub.
İkinci pillədə Kasper Hoq (“Bodo/Qlimt”), üçüncü yerdə Aurelien
Tçaumeni (“Real”) və dördüncü pillədə isə Viktor Osimhen
(“Qalatasaray”) qərarlaşıb.
Qeyd edək ki, qalib gələn futbolçular UEFA-nın rəsmi saytında
azarkeşlər arasında keçirilən səsvermə nəticəsində
müəyyənləşib.

