
Bakı. Trend:
Almaniyada ictimai nəqliyyat sektorunun işçiləri 48 saatlıq
tətil elan ediblər. Etiraz aksiyası 27-28 fevral tarixlərində
keçiriləcək.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, dövlət sektoru işçilərinin həmkarlar
ittifaqı olan “Verdi” tərəfindən elan edilən ümummilli tətilin
100-dən çox şirkət tərəfindən idarə olunan avtobus, tramvay və
şəhərətrafı qatarların fəaliyyətinə təsir göstərəcəyi
gözlənilir.
Berlin və Hamburq kimi böyük şəhərlərdə çalışanlar da daxil
olmaqla təxminən 100 min əməkdaşın aksiyada iştirak etməsi
planlaşdırılır.
Bu tətillə həmkarlar ittifaqı nəqliyyat sektorunda daha yaxşı
əmək şəraiti və daha yüksək əmək haqqı tələb edir. Tələblərə
həftəlik iş saatlarının azaldılması, istirahət müddətlərinin
uzadılması, həmçinin gecə və həftəsonu işlərinə görə daha yüksək
bonusların verilməsi daxildir.

