
Bakı. Trend:
Sabah Ramazan ayının 9-cu günüdür.
Trend-in
məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan
təqviminə əsasən, fevralın 27-də Bakıda imsak saat 05:53-də, iftar
isə saat 18:43-dədir.
Ramazan ayının 9-cu gününün duası:
“Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini
fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə.
Biməhəbbətikə ya əmələl-müştaqin”.
Tərcüməsi:
“İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz
parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais
olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək.
Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!”
Allah orucunuzu qəbul etsin!

