
Bakı. Trend:
Belçika millisinin üzvü Amadu Onana karyerasında dəyişiklik
edəcək.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Mançester
Yunayted”ə keçidə hazırlaşır.
“Aston Villa”nın futbolçusu olan Onananın klubla müqavilə
müddəti 2029-cu il iyunun 30-a qədərdir.
O, karyerası ərzində “Hamburq”, “Lill”, “Everton” komandalarında
oynayıb.

