“Bavariya” “Tottenhem”in futbolçusunu istəyir

Baş səhifə

Bakı. Trend:

“Tottenhem”in futbolçusu Arçi Qrey karyerasını Almaniyada davam
etdirməyi düşünür.

Trend xarci
KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı mərkəz yarımmüdafiəçisi
“Bavariya”dan təklif alıb.

Almaniya nəhəngi ingilisin keçidini mövsümün sonunda həll etmək
istəyir.




Lakin hələ ki Qreyin yekun qərarı bəlli deyil. Onun
“Tottenhem”lə müqavilə müddəti 2030-cu il iyunun 30-na
qədərdir.

O, “Lids”in yetirməsidir və 2024-cü ildə hazırkı komandasına
keçib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir