Əfqanıstan-Pakistan sərhədində toqquşmalar başlayıb

Baş səhifə

Əfqanıstan qüvvələri Pakistanın son hava hücumlarına cavab olaraq başlayan əməliyyat zamanı 15 Pakistan sərhəd məntəqəsini məhv edib.

APA xəbər verir ki, bu barədə “TOLO News” xəbər agentliyi Əfqanıstan təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadən məlumat verib.

Qeyd edək ki, agentlik bundan öncə Əfqanıstan qüvvələrinin Nangarhar və Kunar əyalətləri yaxınlığında Pakistan Silahlı Qüvvələrinin səkkiz mövqeyini ələ keçirdiyini bildirmişdi.

Məlumata görə, Kabil tərəfindən tanınmayan iki ölkə arasındakı sərhəd olan Durand Xətti yaxınlığındakı Nuristan, Xost, Paktiya və Paktika əyalətlərinin sərhəd bölgələrində də döyüşlər davam edir.

Əməliyyatlar zamanı itkilər barədə hələ ki, məlumat verilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir