
Bakı. Trend:
İran və ABŞ-ın texniki nümayəndə heyətləri martın 2-də Vyanada
məsləhətləşmələrə başlayacaq, danışıqların növbəti raundu isə bir
həftə ərzində keçiriləcək.
Trend xəbər verir ki, bunu
İranın xarici işlər naziri Abbas Əraqçi açıqlayıb.
O bildirib ki, dünən ABŞ təmsilçiləri ilə Cenevrədə keçirilən
görüş indiyədək baş tutan ən ciddi danışıqlardan biri olub.
Əraqçinin sözlərinə əsasən, Cenevrədə keçirilən müzakirələr
zamanı tərəflər mühüm irəliləyiş əldə edib və mümkün gələcək
sazişin əsas komponentlərini müzakirə etməyə başlayıblar.

