BVF Ukrayna üçün 8,1 milyard dollarlıq krediti təsdiqləyib

Baş səhifə

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukrayna üçün 8,1 milyard dollarlıq yeni maliyyə proqramını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə BVF-nin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə şura 8,1 milyard dollar məbləğində “Genişləndirilmiş Fond Mexanizmi çərçivəsində yeni 48 aylıq proqram”ı təsdiqləyib. Bu vəsaitin 1,5 milyard dolları dərhal Kiyevə veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir