Rodrigez ABŞ-ı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb

Baş səhifə

Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigez ABŞ prezidenti Donald Trampı ölkəyə qarşı sanksiyaları və blokadanı ləğv etməyə çağırıb.

APA xəbər verir ki, bu barədə Rodrigezin “Venezolana de Televisión” televiziyasında yayımlanan çıxışında deyilir.

“ABŞ prezidenti Donald Tramp! Dost və tərəfdaş olaraq, ABŞ ilə yeni əməkdaşlıq gündəliyi açırıq. Sanksiyalara son qoyun, vətənimizə qarşı blokadaya son qoyun. Çünki bu blokada Venesuela gənclərini də hədəf alır”, – o deyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir