Şəmkirdə avtomobil 52 yaşlı kişini vuraraq öldürüb

Baş səhifə

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəllər Daşbulaq kəndində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Ələkbərov Sərxan Fikrət oğlu idarə etdiyi “VAZ2107” markalı avtomobillə piyada, 1974-cü il təvəllüdlü (52 yaş) Cəfərov İmaməddin Həsən oğlunu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir