
Bakı. Trend:
Meteoroloji proqnozlara əsasən, qarşıdakı günlərdə ölkəmizin
bəzi ərazilərində yağıntılı və əlverişsiz hava şəraiti
gözlənilir.
Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol
Polisi İdarəsinin (BDYPİ) müraciətində bildirilib.
“Hörmətli yol hərəkəti iştirakçıları!
Meteoroloji proqnozlara əsasən, qarşıdakı günlərdə ölkəmizin
bəzi ərazilərində yağıntılı və əlverişsiz hava şəraiti gözlənilir.
Bu hal yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin
azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola
bilər.
Bununla əlaqədar olaraq Baş Dövlət Yol Polisi sürücülərə və
piyadalara bir daha diqqətli olmağı tövsiyə edir.
Sürücülərdən xahiş edirik:
• hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər;
• öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara
məsafəsini qorusunlar;
• qəfil manevrlərdən və kəskin əyləclərdən çəkinib;
• yağış, duman və ya qar zamanı işıqlandırma sistemlərinin
sazlığına xüsusi diqqət yetirsinlər;
• zərurət olmadıqca riskli ötmə əməliyyatları aparmasınlar.
Piyadalara tövsiyə olunur:
• yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər;
• hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini
və sürətini düzgün qiymətləndirsinlər;
• qaranlıq və görünüşün məhdud olduğu hava şəraitində daha
diqqətli olsunlar.
Unutmayaq ki, çətin hava şəraitində yolda atılan hər bir düzgün
addım bir həyatın qorunmasına xidmət edir.
Qaydalara əməl edək, təhlükəsizliyi birlikdə təmin edək”, –
qurumdan bildirilib.

