
Bakı. Trend:
Kiçik addımlarla sürətli və davamlı inkişafa dorğu
irəliləyən yol…
27 il əvvəl fəaliyyətə başlayan “FINCA Azerbaijan” Bank Olmayan
Kredit Təşkilatı (BOKT) ölkə üzrə cəmi bir neçə filialla təmsil
olunurdu. Fəaliyyətinin ilkin mərhələsində Bakı və ətraf bölgələrdə
kiçik həcmli mikrokreditlər təqdim edərək əsas diqqəti mikromaliyyə
sektorunun inkişafına, kiçik sahibkarların və fərdi təsərrüfatların
maliyyə dəstəyinə yönəltmişdi.
Qısa müddət ərzində göstərilən xidmətlərin keyfiyyəti,
məsuliyyətli və sosial yönümlü kredit siyasəti təşkilata güclü
müştəri etimadı qazandırdı. 2000-ci illərin əvvəllərindən etibarən
isə “FINCA Azerbaijan” dinamik inkişaf mərhələsinə qədəm qoydu. Bu
inkişaf təşkilatın öz fəaliyyətini genişləndirməsi ilə bərabər,
eyni zamanda Azərbaycanda maliyyə inklüzivliyinin güclənməsi və
kiçik və orta sahibkarlığın inkişafı ilə müşaiyət olundu.
BOKT-un maliyyə bazarındakı mühüm
mövqeyi
Bu gün ölkənin aparıcı qeyri-bank kredit təşkilatlarından biri
kimi tanınan “FINCA Azerbaijan”ın bazardakı mövqeyini
möhkəmləndirən əsas amillərdən biri də peşəkar kadr potensialı və
korporativ idarəetmə prinsiplərinə sadiqliyidir. Şəffaf
hesabatlılıq, məsuliyyətli idarəetmə və beynəlxalq təcrübəyə
əsaslanan yanaşma onu maliyyə bazarında etibarlı tərəfdaş kimi
mövqeləndirib.
Bütün bu faktorların vəhdəti “FINCA Azerbaijan”ı Azərbaycan
mikromaliyyə sektorunun liderlərindən birinə çevirib və onu maliyyə
bazarında sabit, güclü və sosial yönümlü qeyri-bank kredit
təşkilatı kimi ön plana çıxarıb. Təşkilatın fəaliyyəti ölkə
iqtisadiyyatına, xüsusilə regionlarda sahibkarlığın inkişafına
əhəmiyyətli töhfə verməyə davam edir.
Xarici investorlarla əməkdaşlıq
İstənilən maliyyə təşkilatının bazardakı nüfuzu, imici və
maliyyə dayanıqlılığı yüksək müştəri xidmətləri ilə yanaşı, onun
xarici investorlarla qurduğu davamlı əməkdaşlıqdan, maliyyə
hesabatlarının şəffaflığından və uzunmüddətli təcrübəsindən də
formalaşır. “FINCA Azerbaijan” da bu prinsiplər əsasında fəaliyyət
göstərən maliyyə qurumlarındandır. Hazırda “FINCA Azerbaijan”
beynəlxalq mikromaliyyə qrupu olan “FINCA Impact Finance”ın (FIF)
tərkib hissəsidir. Bu üzvlük təşkilata beynəlxalq kapitala çıxış,
xarici investorlarla davamlı əməkdaşlıq və qlobal maliyyə
təcrübəsindən faydalanmaq imkanı yaradır.
Azərbaycanın kapital bazarındakı
aktivliyi
Azərbaycan maliyyə bazarında etibarlılığı və güclü maliyyə
dayanıqlığı ilə seçilən “FINCA Azerbaijan”ölkənin maliyyə
sistemində yalnız mikromaliyyə sahəsində deyil, eyni zamanda
kapital bazarının inkişafında da mühüm rol oynayan aparıcı
qeyri-bank kredit təşkilatlarından biridir.
“FINCA Azerbaijan” ölkənin qiymətli kağızlar bazarının aktiv
iştirakçısı kimi çıxış edir. Təşkilat investorlar üçün cəlbedici
gəlirlilik səviyyəsi təqdim edən – illik 15% gəlirliliklə istiqraz
emissiyaları həyata keçirib.
Ümumilikdə, “FINCA Azerbaijan” həm mikromaliyyə sektorunda, həm
də ölkənin maliyyə və kapital bazarında etibarlı emitent və
etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmiş aparıcı maliyyə
institutlarından biri kimi tanınır.

