
Bakı. Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan Anna Akopyanın onların
yollarını ayırmaları barədə açıqlamasını təsdiqləyib.
Trend xəbər verir
ki, bu barədə Nikol Paşinyan öz rəsmi “Facebook” səhifəsində
paylaşım edib.
O, Annanın qərarına hörmətlə yanaşdığını söyləyib.
“Son 30 il ərzində mənim bütün çətin günlərimdə o, yanımda olub,
mənim dayağım və arxam olub. Onun üçün mənim də belə
olub-olmadığıma əmin deyiləm. Bəlkə də ona daha çox üzüntü
yaşatmışam və buna görə üzr istəyirəm”,-deyə Paşinyan yazıb.
Qeyd edək ki, bundan əvvəl Ermənistan KİV-də Anna Akopyanın
Ermənistan baş nazirindən ayrılması ilə bağlı xəbərlər
yayılmışdı.

