“Bizon Max Kokteyl Yarışması 2026” uğurla başa çatıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin ən iddialı bar layihələrindən biri olan “Bizon Max
Kokteyl Yarışması” uğurla yekunlaşıb. Layihə zamanı HoReCa
sektorunun peşəkarları bir araya gəlib. Yarışma əyləncə sektorunda
kokteyl mədəniyyətinin inkişafına xüsusi töhvə verən irimiqyaslı
platformaya çevrilib.

Müsabiqəyə ümumilikdə 72 nəfər müraciət etmişdi. Final gecəsində
isə iştirakçı sayı 250 nəfərdən çox olmuşdu.




Yarışda iştirakçılar yaradıcılıq, texniki bacarıq və təqdimat
meyarları əsasında qiymətləndirilib. Münsiflər heyəti tərəfindən
seçilən ən yaxşı kokteyllərin restoran və bar menyularına daxil
edilməsi üçün tövsiyə olunacağı bildirilib.

Qaliblərə yarışmanın nəticələrinə uyğun olaraq dəyərli hədiyyə
və mükafatlar təqdim olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir