Bütün sosial ödənişlər yekunlaşdı

Baş səhifə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Fond bu ay üzrə bütün sosial ödənişlərini başa çatdırıb.

Xatırladaq ki, bundan əvvəl fevralın 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, fevralın 20-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin fevral ayı üzrə pensiyaları ödənilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir