
Bakı. Trend:
ABŞ-nin Birinci xanımı Melaniya Tramp martın 2-nə planlaşdırılan
BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, tədbir “Münaqişə şərəaitində uşaqlar, texnologiya
və təhsil” mövzusuna həsr olunub və onun martın 2-də keçiriləcəyi
gözlənilir.
ABŞ-nin hazırkı prezidenti Donald Trampın həyat yoldaşı
çıxışında təhsilin insanlarda tolerantlığın formalaşdırılmasındakı
rolunu vurğulamağı planlaşdırır.
BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, bu,
tarixdə ilk dəfədir ki, ABŞ prezidentinin həyat yoldaşı
Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək. Onun sözlərinə
görə, adətən sədr kürsüsünü üzv ölkəni təmsil edən səfir və ya
hökumətin yüksək vəzifəli üzvü tutur.

