
Bakı. Trend:
Sakinlər doğma torpaqlarına qayıdacaqları günə olan inamlarını
heç zaman itirməyiblər.
Bu sözləri Trend-in Qarabağ bürosuna açıqlamasında Xocavənd
kəndinin sakini Elanora Talıbova bildirib/
Onun sözlərinə görə, kənd 1991-ci ildə işğal edildikdən sonra
ailələri əvvəlcə Ağcabədi rayonunda məskunlaşıb:
“Daha sonra dövlət tərəfindən mənzillə təmin olunsaq da,
ürəyimiz həmişə dünyaya gəldiyimiz kənddə idi. O torpaqlara
dönəcəyimiz günü səbirsizliklə gözləyirdik. Fevralın 20-dən
etibarən yenidən Xocavənddəyik. Kəndimizin təmiz havası, saf suyu
bizə mənəvi rahatlıq gətirib. Buraya qayıdandan sonra sanki
çəkdiyim bütün ağrı-acılar geridə qaldı. Ümidimi heç vaxt
itirməmişdim və bu gün o inamın doğrulduğunu görmək böyük
xoşbəxtlikdir”.

