
Bakı. Trend:
Puerto-Rikoda Ekvadorun “İndependiente del Valle” və ABŞ-ın “Inter Miami” komandaları arasında keçirilən yoldaşlıq oyunu zamanı
azarkeş meydançaya daxil olaraq ABŞ klubunun argentinalı hücumçusu
Lionel Messini ot örtüyünün üzərinə yıxıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir
Məlumata görə, hadisə oyunun ikinci hissəsinin sonlarında baş
verib. Azarkeş arxadan Messiyə yaxınlaşaraq onu qucaqlayıb və
futbolçu ilə birlikdə qazona yıxılıb. Bundan sonra azarkeş
argentinalı futbolçunun mühafizəçiləri tərəfindən meydançadan
uzaqlaşdırılıb.
Görüş “Inter Miami” klubunun 2:1 hesablı qələbəsi ilə başa
çatıb. Messi 70-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək
komandasının qələbə qolunun müəllifi olub.

