Kürşat Soylu: Ortaq əlifba məsələsində Ərdoğanın tam dəstəyi var

Baş səhifə

“Ortaq əlifba məsələsində bütün istiqamətlər üzrə Prezident Rəcəb Tayyib Ərdoğanın tam dəstəyi var”.

Bunu APA-ya açıqlamasında Bakıda keçirilən Birinci Türkoloki Qurultayın 100 illik yubiley tədbirində iştirak edən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, millət vəkili Kürşat Zorlu deyib.

O bildirb ki, qarşıdakı dövrdə müxtəlif sahələrdə əlaqələrimizi necə gücləndiririksə, ünsiyyətimizin daha da möhkəmlənməsi və ortaq əlifbanın tətbiqi istiqamətində də çoxsaylı addımlar atmalıyıq:

“Bu gün qarşımızda artıq yeni bir mərhələ dayanır. Çünki hazırda Türk Dövlətləri Təşkilatı mövcuddur və bu, əməkdaşlığımız üçün daha geniş imkanlar yaradır. Biz bir-birimizi heç bir vasitəçi olmadan anlayırıq. Çünki eyni ailəyə mənsubuq. 300 milyonluq türk dünyasının gücü də məhz bu birlikdədir. Qarabağ zəfərindən sonra Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirir və biz də Türkiyə olaraq sonadək qardaş ölkəmizin yanındayıq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir