
Bakı. Trend:
Cari ilin yanvar ayında Azərbaycanda Xırda Ödənişlər üzrə
Klirinq Sistemi (XÖKS) vasitəsilə həyata keçirilən əməliyyatların
həcmi 4,2 milyard manat, sayı isə 8,6 milyon ədəd təşkil edib.
Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
Ötən ilin yanvar ayı ilə müqayisədə XÖKS vasitəsilə aparılan
əməliyyatların həcmi 153 milyon manat və ya 3,8 faiz artıb,
əməliyyatların sayı isə 5,599 milyon ədəd və ya 39,6 faiz
azalıb.
2025-ci ilin yanvar ayında ölkədə XÖKS vasitəsilə həyata
keçirilən əməliyyatların həcmi 4,1 milyard manat, sayı isə 14,2
milyon ədəd olub.
Qeyd edək ki, yanvar ayına olan vəziyyətə görə Azərbaycanda bank
sistemi və “Azərpoçt” SC vasitəsilə dövriyyədə olan ödəniş
kartlarının sayı öncəki ayla müqayisədə 176 min ədəd artıb və
ümumilikdə 22 milyon 156 min ədəd təşkil edib. 2025-ci ilin müvafiq
dövrü ilə müqayisədə isə bu göstərici 11 faiz artmış olub.

