
Bakı. Trend:
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti
Rövşən Nəcəf “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd
Cəmil əl-Ramahi ilə görüşüb.
Trend bu
barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, görüşdə SOCAR ilə “Masdar” şirkəti arasında bərpa
olunan enerji mənbələrinin inkişafı üzrə uğurlu əməkdaşlıqdan
məmnunluq ifadə olunub. Bu xüsusda, şirkətlərin birgə iştirakı ilə
Azərbaycanda reallaşdırılan külək və günəş elektrik stansiyaları
layihələri üzrə görülən işlər nəzərdən keçirilib.
Söhbət zamanı tərəflər ədalətli enerji keçidi və dekarbonizasiya
sahəsində əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də
qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib, bu
istiqamətlərdə dialoqun davam etdirilməsinin əhəmiyyətini
vurğulayıblar.

