İranda deputatın avtomobili atəşə tutulub

Baş səhifə

İranın şimalında naməlum şəxslər deputatın avtomobilini atəşə tutub.

APA “Tasnim”ə istinadən xəbər verir ki, hadisə İranın şimalındakı Qəzvin əyalətində baş verib.

Motosikletdə olan naməlum şəxslər tüfənglə deputat Abbas Beyqdelinin avtomobili atəşə tutublar. Onlar dərhal hadisə yerini tərk ediblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisəni törədən şəxslərin saxlanıldığı bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir