Ölkəyə qanunsuz qızıl keçirilməsinin qarşısı alındı

Baş səhifə

Bakı.Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata
keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus, ümumilikdə 347
qram qızılın paylama üsulu ilə gömrük qaydaları pozulmaqla ölkə
ərazisinə gətirilməsinin qarşısı alınıb.

Trend xəbər
verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilir ki, Şarja-Doha-Bakı aviareyisi ilə gələn 4 nəfər
Azərbaycan Respublikası vətəndaşları “yaşıl kanal” vasitəsilə
gömrük zonasını tərk etmək istəyərkən əsaslı gömrük yoxlamasına
cəlb edilib.

Baxış zamanı sərnişinlərdən gömrük orqanına bəyan edilməyən,
ümumilikdə 300 qram “Pump” markalı qızıl külçələr və 47 qram qızıl
qolbaqlar aşkar edilib.




İlkin araşdırma zamanı aşkar edilən predmetlərin başqasına
məxsus olduğu, onlara Azərbaycan Respublikasına gətirmələri və
gömrük nəzarətindən keçirmələri üçün xarici ölkədə verildiyi məlum
olub.

Faktla bağlı araşdırma aparılır.

Dövlət Gömrük Komitəsi bir daha xaricə səyahət edən vətəndaşlara
bildirir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən götürdükləri
əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi məsuliyyət yarada
bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir