Azərbaycanda mətbəx turizmi təsis olunsun – Polad Bülbüloğlu

Baş səhifə

Ölkəmizdə ayrıca mətbəx turizmi təsis olunsun. Çünki Azərbaycana gələn hamı Azərbaycan mətbəxinə vurulduğunudur.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu parlamentin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Deputat qeyd edib ki, vətəndaşları öz evlərindən istifadə edərək turizmə cəlb etmək lazımdır:

“Bəzi balaca şəhər və qəsəbələrdə böyük otellər tikməyə lüzum yoxdur. Dövlətin payı olan banklar xüsusi kredit ayıra bilərlər ki, vətəndaşlar öz evlərini genişləndirsinlər və yaxud əlavə bir ev tiksinlər. Yəni vətəndaşlar özləri turizm sahəsinə yaxın olsunlar.Təbii ki, buna şərait yaradılmalıdır. Rəsmi qaydada bunu həll etmək olar. İmkan yaradılsın ki, daha çox vətəndaşlar turizm sahəsində özlərini göstərə bilsinlər.Məncə, bu çox vacibdir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir