
AzTV-də yayımlanan “Hədəf” layihəsinin növbəti buraxılışı Xocalı qurbanlarının xatirəsinə həsr olunub.
Bu barədə APA-ta Televiziyanın Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, verilişdə Xocalı faciəsinin şahidləri 1992-ci ilin fevralında başlarına gətirilən dəhşətli hadisələrdən danışıblar.
Xocalıda gördüyü dəhşətlərdən bəhs edən şahidlərdən biri Milli Qəhrəman Əlif Hacıyevin sakinlərin xilas olunması üçün göstərdiyi fədakarlıqdan danışıb.

