
Bakı. Trend:
Azərbaycanda ümumi təhsil müəssisələrində mobil və elektron
cihazlardan istifadəyə dair qaydalar müəyyən ediləcək.
Trend xəbər
verir ki, bu, uşaqların rəqəmsal mühitdə zərərli məzmun və
təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin Sərəncamında öz əksini
tapıb.
Belə ki, Nazirlər Kabineti məktəbəhazırlıq qruplarında və ümumi
təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə
dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı tədbirlər
görülməsini təmin etməli, məktəbəhazırlıq və ümumi təhsil fənləri
üzrə təhsil proqramlarına (kurikulumlara), o cümlədən məzmun
standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və
məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi, eyni
zamanda mediada valideynlər, müəllimlər və uşaqlara yönələn
maarifləndirmə proqramlarının hazırlanıb həyata keçirilməsi ilə
bağlı tədbirlər görməlidir.

