Bakı, Sumqayıt və Qaxda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı,
Sumqayıt şəhərləri və Qax rayonu ərazisində yaşıllıqların qanunsuz
kəsilməsi faktları aşkar olunub.

Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən
məlumat verilib.




Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu
Kazımağa Kərimov küçəsi 18 ünvanında 1 ağac, Yasamal rayonu
Şərifzadə küçəsi bina 134 ünvanında 2 ağac, Binəqədi rayonu
Biləcəri qəsəbəsi Sumqayıt şosesi 10A ünvanında 30 ağac, Binəqədi
rayonu Biləcəri qəsəbəsi 53E ünvanında 42 ağac, Qaradağ rayonu
Bakı-Ələt avtomobil yolunun 50-ci kilometrliyində 13 ağac, 12 kol,
Sumqayıt şəhəri 21-ci məhəllə ərazisində 6 ağac, 4 kol, dənizkənarı
bulvar ərazisində 17 ağac, Sumqayıt şəhəri Heydər Əliyev prospekti
ilə 20 Yanvar küçələrinin kəsişməsində 21 ağac, Qax rayonu Zərnə
kəndi ərazisində isə 9 ağacın qanunsuz kəsildiyi müəyyən
edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət
tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün
toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir