Biləsuvar və Cəlilabadda güclü külək fəsadlar törədib

Baş səhifə

Biləsuvar və Cəlilabad rayonlarında güclü külək bir sıra fəsadlara səbəb olub.

APA-nın cənub bürosunun məlumatına görə, güclü külək hər iki rayonda elektrik təsərrüfatına ciddi ziyan vurub.

Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Biləsuvarda külək irigövdəli ağacları kökündən çıxarıb.

Ağaclardan biri yaşayış evinin üzərinə düşərək dam örtüyünə ziyan vurub.

Hazırda bölgədə leysan xarakterli yağış müşahidə olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir