“Yandex”in həmtəsisçisi Arkadi Voloj Rusiya vətəndaşlığından imtina edib

Baş səhifə

“Yandex” şirkətinin həmtəsisçisi və sabiq rəhbəri Arkadi Voloj Rusiya vətəndaşlığından imtina edib.

APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, milyarder bu həftə artıq Rusiya Federasiyasının vətəndaşı olmadığına dair rəsmi təsdiq alıb.

“Bloomberg” qeyd edir ki, Voloj İsrail vətəndaşıdır və 10 ildən artıqdır həmin ölkədə yaşayır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir