
Bakı. Trend:
ABŞ Kuba üzərində nəzarəti ələ keçirməyə ümid edir.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Texasa
işgüzar səfərindən əvvəl jurnalistlərə deyib.
“Kuba hökuməti bizimlə danışır. Onların böyük problemləri var,
pulları yoxdur, hazırda heç nələri yoxdur. Amma onlar bizimlə
danışırlar və bəlkə də Kuba üzərində dostcasına nəzarət quracağıq”,
– deyə ABŞ prezidenti bildirib.

