
Bakı. Trend:
ABŞ Venesuela neftinə nəzarəti ələ keçirib və onu Texasa
göndərir.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.
“Bir neçə ay əvvəl Venesuelaya hücum etdik və bu çox uğurlu
oldu. Biz neft üzərində nəzarəti ələ keçirmişik, Venesuela
nümayəndələri və ölkənin [səlahiyyətli] prezidenti ilə sıx
əməkdaşlıq edirik. Bu neft Texasa göndərilir”, – deyə D.Tramp “KIII
3 News” telekanalına müsahibəsində bildirib.

