Yevlaxda 5 kiloqram narkotik vasitə aşkarlandı

Baş səhifə

Bakı. Trend:

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir
nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli
bilinən, əvvəllər məhkum olunmuș Savalan Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ondan satış məqsədi ilə
əldə etdiyi 5 kiloqram 200 qram marixuana, metamfetamin, metadon
həbləri və elektron tərəzilər aşkarlanıb.




Faktla bağlı cinayət işi başlanılıb, S.Quliyev barəsində həbs
qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, cari il ərzində Yevlaxda polis əməkdaşları
tərəfindən 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən
çıxarılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir