Yanvarda Azərbaycanda MasterCard vasitəsilə aparılan əməliyyatların həcmi açıqlandı

Baş səhifə

Bakı.Trend:

Cari ilin yanvar ayının sonuna olan məlumata görə, Azərbaycanın
rezident maliyyə institutları tərəfindən buraxılmış MasterCard
ödəniş kartları (statistik vahidlərin ödəniş kartları daxil
olmaqla) vasitəsilə ümumilikdə 72,329 milyon əməliyyat həyata
keçirilib və əməliyyatların ümumi həcmi 3,961 milyard manat təşkil
edib.

Bu barədə Trend
Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Məlumata əsasən, ötən ilin yanvar ayı ilə müqayisədə
əməliyyatların sayı 3,465 milyon (5 faiz) artıb, əməliyyatların
həcmi isə 246 milyon manat (5,8 faiz) azalıb.




Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindən
buraxılmış MasterCard kartları üzrə əməliyyatların sayı 543,3 min,
əməliyyatların həcmi isə 54,7 milyon manat təşkil edib.

Qeyd edək ki, rezident kartlarla əməliyyatlar dedikdə
Azərbaycanda fəaliyyət göstərən bank və maliyyə təşkilatları
tərəfindən buraxılmış kartlardan istifadə edilməklə həyata
keçirilən bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident
kartlarla əməliyyatlar isə ölkə ərazisində xarici maliyyə
institutları tərəfindən buraxılmış kartlardan istifadə edilməklə
aparılan tranzaksiyalardır.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən məlumat
verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir