İsrail İrana qabaqlayıcı zərbə endirib – Katz

Baş səhifə

Bakı. Trend:

İsrail İran əleyhinə qabaqlayıcı zərbə endirib.

Trend İsrail KİV-ə
istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri İsrael Katz
bildirib.

Katz qeyd edib ki, ölkə üzrə “dərhal fövqəladə vəziyyət rejimi”
elan olunub.




“İsrail Dövləti İsrailə qarşı təhdidləri aradan qaldırmaq
məqsədilə İrana qarşı qabaqlayıcı zərbə endirib”, – deyə o
vurğulayıb.

Qeyd edək ki, İsrail ərazisində hava həyəcan siqnalları
səslənir. “Israel Defense Forces”nin Daxili Cəbhə Komandanlığı
mülki əhaliyə bomba sığınacaqlarına yaxın qalmaq barədə xəbərdarlıq
edib.

Məlumatda bildirilir ki, “təhlükəsizlik vəziyyəti ilə əlaqədar”
vətəndaşlar özlərinə ən yaxın qoruyucu sığınacağın yerini
dəqiqləşdirməli və zəruri olmayan səfərlərdən çəkinməlidirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir