
Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında XXII turun daha iki oyunu
keçiriləcək.
Trend xəbər
verir ki, “Neftçi” “Şamaxı”nın, “Karvan Yevlax” isə “Qəbələ”nin
qonağı olacaq.
İlk görüş saat 14:30-da Şamaxıda, ikinci oyun 17:00-da Qəbələdə
start götürəcək.
Xatırladaq ki, turun daha əvvəl baş tutan matçlarında “Kəpəz” “Sumqayıt”ı (3:0), “Zirə” isə “Araz-Naxçıvan”ı (1:0) hesabı ilə
məğlub edib.

