
Bakı. Trend:
ABŞ İranda yerləşən obyektlərə dənizdən və havadan zərbələr
endirir.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, əməliyyatın məqsədi İranın təhlükəsizlik
aparatının sıradan çıxarılmasıdır.
Qeyd edək ki, fevralın 28-i səhər İsrailin müdafiə naziri İsraəl
Kac bəyan edib ki, İsrail ordusu (IDF – İsrail Müdafiə Qüvvələri)
İrana qarşı qabaqlayıcı zərbə endirib, bundan sonra ölkədə
fövqəladə vəziyyət elan olunub.
İran KİV-ləri xəbər veriblər ki, raket zərbələri nəticəsində
Tehranda, o cümlədən Universitet küçəsində və Cümhuri rayonunda üç
partlayış baş verib.
Xatırladaq ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail İrana hava zərbələri endirməyə
başlayıb. İsrailin Müdafiə Naziri bu zərbələrin qabaqlayıcı
xarakter daşıdığını qeyd edib.

