İsrailin İrana endirdiyi zərbələrin əsas hədəfləri açıqlanıb

Baş səhifə

Bakı. Trend:

İran rəhbərliyinin bütün nümayəndələri İsrailin hücumlarının
hədəfidir.

Trend xəbər verir
ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı İsrail ordusundan
olan yüksəkvəzifəli rəsmiyə istinadən məlumat yayıb.

“İran rəhbərliyinin bütün nümayəndələri hücumun hədəfidir,” –
deyə o bildirib.




Məlumata görə, Təbrizdə, Ali Rəhbər Əli Xameneinin iqamətgahı və
prezident sarayının yerləşdiyi ərazilərdə təxminən yeddi raket
zərbəsi qeydə alınıb. Hücumların hədəfi həmçinin Təbrizin cənub
hissəsində yerləşən bir neçə nazirlik olub.

Xatırladaq ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail İrana hava zərbələri endirməyə
başlayıb. İsrailin Müdafiə Naziri bu zərbələrin qabaqlayıcı
xarakter daşıdığını qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir