
Bakı. Trend:
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
narkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat
keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindın Trend-ə verilən məlumata
görə, tədbirlə saxlanılan əvvəllər də analoji cinayətlərə görə
məhkum olunmuş 37 yaşlı Cəlal Nurullayevdən 5 kiloqram marixuana,
heroin və tiryək aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, C.Nurullayev barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

