
Bakı. Trend:
Bu ilin yanvar ayının sonuna olan məlumata görə, Azərbaycanda
rezident maliyyə təşkilatları tərəfindən buraxılmış American
Express kartlarından (habelə statistik vahidin ödəniş kartlarından)
istifadə olunmaqla həyata keçirilən əməliyyatların sayı 6,1 min
təşkil edib, tranzaksiyaların həcmi isə 600 min manatdan çox
olub.
Bu barədə Trend-ə
Azərbaycan Respublikasının Mərkəzi Bankından məlumat verilib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə American
Express kartları ilə aparılan əməliyyatların sayı 2 min və ya 24,7
faiz azalıb, əməliyyatların həcmi isə 300 min manatdan çox və ya
33,3 faiz azalma nümayiş etdirib.
Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə,
Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları
tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilmiş
bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrə
əməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmış
kartlardan istifadə olunmaqla ölkə ərazisində aparılan
tranzaksiyalardır.

