İran tələblərə təslim olmayacaq – Ali Milli Təhlükəsizlik Şurası

Baş səhifə

Bakı. Trend:

Bu gün səhər saatlarından etibarən ABŞ və İsrail İranın
mərkəzlərinə hücumlara başlayaraq İranı təslim edəcəklərini
düşünürlər ki, İran alçaldıcı tələblərə təslim olmayacaq.

Trend-in
məlumatına görə, bu, İranın Ali Milli Təhlükəsizlik Şurasının
bəyanatında öz əksini tapıb.

Bəyanata əsasən, İran silahlı qüvvələri İsrail və ABŞ-nin
hücumlarına qarşılıq olaraq addımlar atmağa başlayıb.

Bəyanatda İran vətəndaşlarına müraciət olunaraq bildirilir ki,
əldə olunan məlumatlara əsasən, İsrail və ABŞ-nin Tehran və bəzi
şəhərlərə hərbi hava hücumları davam edəcək. Bunu nəzərə alaraq
sakitliyi qorumaqla təhlükəsiz mərkəzlərə və başqa şəhərlərə səfər
etmək tövsiyə olunur.




“İran əhalinin bütün ehtiyaclarını öncədən tədarük edib və
vətəndaşların ehtiyac duyduğu məhsullar və vasitələri təmin etmək
üçün heç bir narahatlıq yoxdur. Bunas əsasən vətəndaşların satış
mərkəzlərinə toplaşmaqdan çəkinmələri istənilir”, – bəyanatda qeyd
olunur.

Bəyanatda əlavə olunur ki, İranda bütün orta məktəblər və
universitetlər məlumat veriləcəyi zamana qədər fəaliyyətini
dayandırıb. Banklar öz fəaliyyətlərini davam etdirəcək, dövlət
idarələri isə 50% şəklində fəaliyyət göstərəcək.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir