“Air Arabia Abu Dhabi” aviaşirkəti Əbu-Dabi-Bakı reysini təhlükəsizlik səbəbindən dayandırıb

Baş səhifə

Bakı. Trend:

“Air Arabia Abu Dhabi” aviaşirkətinə məxsus Əbu-Dabi–Bakı
marşrutu üzrə həyata keçirilən ADY 730 nömrəli reys hava məkanının
bağlanması ilə əlaqədar olaraq hava gəmisinin kapitanı tərəfindən
geri dönmə qərarı qəbul edilib.

Trend xəbər verir ki, bu
barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat
yayıb.

Qərara əsasən, reys marşrut üzrə hərəkətini dayandıraraq bazası
olan Əbu-Dabi Beynəlxalq Aeroportuna geri qayıdır.




Qərar uçuş təhlükəsizliyinin prioritetliyi prinsipi əsas
götürülərək qəbul olunub.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir