
Bakı.Trend:
Abşeron Xətt Polis Məntəqəsinin əməkdaşları Salyan rayonun
Xıdırlı kəndi ərazisində xidmət aparan zaman Şirvan su kanalının
sahilində partlamamış mərmi aşkarlayıblar.
Trend-in
məlumatına görə, sursatın tapıldığı yerin ətrafında əraziyə baxış
keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Mərmi təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb və
aidiyyatı üzrə təhvil verilib.
Araşdırma aparılır.

