
Bakı. Trend:
Bu ilin fevralın 1-nə Azərbaycanda bankların kredit portfelinin
strukturunda biznes kreditlәri 53,2% (15,949 milyard manat) paya
malik olub.
Trend
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, bir
ay əvvəlki göstərici ilə müqayisədə 157,4 milyon manat və ya 1% az,
ötən ilin eyni dövrünə nisbətən isə 1,2 milyard manat və yaxud 8,4%
çoxdur.
Hesabat dövründə biznes kreditlərinin strukturunda iri
sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,347 milyard
manat təşkil edib ki, bu da bir ay əvvəlki göstəriciyə nisbətən
203,2 milyon manat və ya 2,4% azalma, ötən ilin eyni dövrünə
nisbətən isə 91,3 milyon manat və ya 1,1% artım deməkdir.
Eyni zamanda bu ilin fevralın 1-nə ölkədə orta sahibkarlıq
subyektlərinə 2,246 milyard manat kredit verilib. Bu, bir ay əvvələ
nisbətən 43,4 milyon manat və ya 1,9% az, ötən ilin eyni dövrü ilə
müqayisədə isə 380,2 milyon manat və ya 20,4% çoxdur.
Həmçinin 2026-cı ilin fevralın 1-nə Azərbaycanda kiçik
sahibkarlıq subyektlərinə ayrılmış biznes kreditlərinin həcmi 1,695
milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 11,7 milyon
manat və ya 0,7% azalma, illik müqayisədə isə 154,9 milyon manat və
ya 10,1% artım deməkdir.
Bundan başqa, bu ilin fevralın 1-nə ölkədə mikro sahibkarlıq
subyektlərinə 3,661 milyard manat biznes kreditləri verilib. Bu isə
əvvəlki ayla müqayisədə 101 milyon manat və ya 2,8%, illik
müqayisədə isə 612,6 milyon manat və yaxud da 20,1% çoxdur.
Qeyd edək ki, 2026-cı ilin fevralın 1-nə Azərbaycanda bankların
kredit portfeli 29,980 milyard manat olub. Kredit portfelinin
strukturunda biznes kreditlәri 53,2% (15,949 milyard manat),
istehlak kreditlәri 31,4% (9,426 milyard manat) vә ipoteka
kreditlәri 15,4% (4,605 milyard manat) təşkil edib.

