İran İsrail və ABŞ-nin İrana hücumunu BMT nizamnaməsinə zidd hesab edir

Baş səhifə

Bakı. Trend:

İran İsrail və ABŞ-nin İrana hərbi hava hücumlarını BMT
nizamnaməsi və beynəlxalq normalara zidd hesab edir.

Trend-in
məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi
bu gün Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt və Bəhreyn xarici
işlər nazirləri ilə telefon söhbətlərində deyib.

Telefon söhbətində iranlı nazir hazırkı vəziyyət haqda qarşı
tərəfləri məlumatlandırıb və İranın özünü müdafiə etmək üçün bütün
imkanlardan istifadə edəcəyini diqqətə çatdırıb.




Əraqçi qeyd edib ki, İran regionun bütün ölkələri ilə yaxşı
qonşluq və dostluq siyasətini davam etdirmək iradəsinə sahibdir.
Bütün region ölkələrindən ABŞ-nin onların ərazilərindən və
imkanlarından İrana qarşı hücumlarda istifadə edilməsinin qarşısını
almaq üçün addımlar atıla bilər. İran özünümüdafiə əməliyyatları
ilə ABŞ-nin bazalarını qanuni hədəf kimi hesab edir.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir